Sema2001 15 həftəlik hamiləlikdə sancı olmamalıdı əslində bacı, mənim də ilk hamiləliyimdir təcrübəsizəm, amma həkimindən soruşa bilərsən. Məndə o həftələrdə belimdə ağrı olurdu, ya da qarnımın aşağısında yüngülvari ağrı kimi, necə deyim, o da uşaq böyüdükcə uşaqlıq da böyüyür normaldı.
Mən 30 həftəlik hamiləyəm çatlarım var artıq, süd vəzilərim də, qarnım da dəhşət qaşınır, ərindiyimdən krem falan vurmuram🤦🏻♀️ amma johnson baby yağı, uşaq kremləri, nəmləndirici falan vuranda əvvəldən nisbətən az olur çatlamalar, əgər gendə varsa vallah nə etsən də çatlayır insan, mən özüm çatlamağa meylliyəm, başın buraxmışam🤦🏻♀️🤭