Tuna94 çəki normal doğuş üçün uyğundur sizdə, hardasa 3700-3800 doğular yəqinki çox uzanmasa həftəsi, yanımdakı 4300 doğdu, çöldən tikiş düşdü, amma məndən yaxşı hiss edirdi özünü😂nəfəs düzgün alıb versəniz rahat doğacaqsız, əsas bilirsiz nədi sancının müddətinin çox çəkilməsi incidir adamı, uşağın ordan çıxması 10-15 dəqiqəlik işdir və çox incidən birşey deyil, düzgün nəfəs alıb uzun güclər verirsiz şipşap çıxır uşaq, çıxandan sonrada gedən proseslər adamı incitmir, uşaq çıxır rahatlayırsan təmiz, birdənə qarını sıxırlar içərdəki çirkli qan zad axsın, biraz o ağrılıdı, hardasa bir 10 dəfə falan sıxırlar. Əsas sancının saatı az olsun , sancıdada özünüzü sıxmayın, yoxsa daha da ağrıyır, sancıda dərindən nəfəslər almaq lazımdı.