Papiiii Sizi çox yaxşı baş düşürəm, eləcə də bacınızı. Ancaq dediyiniz məsələ elmdə öz sübutunu tapmayıb. Ola bilsin bəzi həkimlər bunu edir, pul almaq üçün. Gəlin dürüst olaq, bizim ölkədə həkimlər alverçidi. Ona görə də sübutu olmayan şeyləri BƏZİ həkimlər yüksək ehtimalla tutacaq deyə edirlər. Tutmasa deyəcək 90% demişdim mən yəqin siz 10%in içindəsiz, və pul qalacaq cibində. Məni başa düşdüz? Onsuz da iki cinsiyyət var, 50-50yədi ehtimal. Deməyim odur ki qızlar burda düz deyir, sadəcə siz yox elə deyil belədi dediyiniz üçün insanların da acığına gedir, sonra da söhbət böyüyür. Mən də ümid edirəm fikrimi düzgün çatdıra bildim.