Papiiii Hah, mən də səhərdən deyirəm nəsə tanış gəlir bu yazı tərzi. Gəl onda öz dilimizdə danışaq. Birincisi, xanım çox sadə bir şəkildə belə bir şeyin elmi sübutu yoxdur deyib, ki yoxdur da. Əgər hansısa bilmədiyimiz elmi məqalə oxuyub bu qənaətə gəlmisizsə, zəhmət olmasa link filan atın oxuyaq, çox sevinərəm. İkincisi, Allah bir də göstərməsin sizə o dərdi, oxudum pis oldum. Amma hər kəsə mövzuyla əlaqəsi olmadan bunu yazmağınız çox səmimi gəlmədi mənə, üzrlü sayın. Biri deyir bunun elmlə əlaqəsi yoxdur deyirsiz a mən övladımı itirmişəm mənim üçün cinsiyyət fərqi yoxdur filan. Biri deyir kişidən asılıdır cinsiyyət, deyirsiz yox hansı gün ilişkiyə girməkdən asılıdır. Heç biologiya dərsinə girməmisiz siz? Mən bilirəm bəzi dırnaqarası həkimlər pulla belə bir şey edirlər ancaq bu sadəcə dolandırıçılıqdı, inanmayın belə insanlara. Bacınız üçün inşallah hər şeyin xeyirlisi olar, sağlam övladı olar.