narmin96 Belə başa düşdüm ki, Azərbaycanlısan. Rahat şəkildə yazacam fikrimi. 25 yaşım var inan ki, uşaqlığımdan bu yana qəbzliklə mübarizə aparmışam. Son illərdir ki, demək olar düzəlmişəm. Artıq psixoloji şəkildə təsir etməyə başlamışdı. Çox şükür yaxşıyam indi. Meyvə çalış çoxlu ye, ərik qurusunu, gavalı qurusunu axşamdan bir bardag suya qoy, suyunu səhər acqarnına iç, meyvələrini də ye. Kişmiş ye, həm ağ, həm qara fərqi yoxdur. Duru yeməklərə üstünlük ver. Necə köməklik etdiyini görəcəksən. Neçə həftəlik hamiləsən bilmirəm, mənə həkimim şam yazmışdı, üzr istəyirəm, çox narahat olduqda bağırsağıma qoyurdum, gücənmirdim beləliklə. Gücənmək ziyandır çox.
Digər sualın qazla bağlıdır. Qazın yaranma səbəblərindən biri də elə qəbzliklə bağlıdır. Qəbzlik düzələn kimi qaz yığılması da olmayacaq. Nanə arağı 1 çay qaşığı çox yox bir stəkan suya tök iç o da faydalıdı.
İnşaAllah yazdıqlarım kömək etmiş olar sənə. Nə olsa yazıb soruşa bilərsən.