Deletedmom316 Azərbaycanlısan deyyesən,əslində rəy yazmayacaqdım fikirləşirdim kifayət qədər var amma fikirlərimi öz dilimdə ifadə etmek istiyərəm. Bu hamiləliyimdən əvvəl 2 dəfə inkişafdan qalmış hamiləliyim olub ikisinidə hamiya demişik. Birinci evlenen ay qaldim sevindiyimizden hamiya dedik, ikinciyə müalicə falan aldiq hamilə qaldim yene dedik amma qismət deyilmiş yene inkisafdan qaldi 18ci həftəsində. İndi həmd olsun 21 həftəlik hamiləyəm mənim ailəm birdə yoldaşımın ailəsicə bilir, hər iki tərəfədə möhkəm möhkəm tapşırmışdım ki heç kime demeyin sagolsunlar demediler. Bəzi yaxin qohumlara da təzə tezə demeye başlamışam amma helə de rəfiqələrim daxil cox adam bilmir. Mən göz dəyməsindən çox hər şey qutarandan sonra insanlarin mənə yazıq kimi baxmasından, hər ağızdan yüz dənə söz çıxmağına , ya da verilen təsəllillərə görə demek istəmirdim. Həm Allah uzaq etsin yene nese olsa heç kim bilməsin istəyirəm. Çox qinandim , mən günahkar oldum digərlərində sanki mən istəmirdim övladım olsun amma xeyirlisi insaAllah. İnsaAllah bu dəfə hər şey yaxşı olar..