Aenor Salam azərbaycanlı qızlar, serklyajın ya da pessarinin qiyməti təxmini nə qədərdir? Bir də neçə həftədə qoydurmusunuz?
ArifeEl Aenor məndə 24 həftədə uşaqlıq boynu qısalması olsu. Pessari qoydular. Baku Medicalda 200 manata elədilər
Ayya Aenor salam mende ikiside var. Serklaj 12 heftede oldu. Usdunnende pessari 20 heftede(250 azn sehf etmiremse)
Minikkush9496 Aenor 25+4 həftəlik hamiləyəm 24+5 həftəmdə 23mm uşaqlıq boynu ilə qoydurdum pessari həkim dedi özünü yormadan normal həyatına davam elə
Aenor ArifeEl məndə 28+4-dü uje bilirəm tikişə gecdi, 24 həftədə məndə 30 mm idi, 26 həftədə 32 mm ölçüldü onnan sonra da getməmişəm hələ həkimə
Ayya Aenor hem heften yaxsidi. InsAllah bir nece hefteni ozunu qoru. Hec oessariyede ehtiyac yoxdu insAllah. Hekim proluton iyne ya dufaston yazib? Matkani berkidir
ArifeEl Aenor hə, 24 həftədən bu yana ciddi yataq rejimində oldum, sadəcə yemək və tualetə dururdum. Şükür, artıq 36 həftə olduq
Aenor ArifeEl maşAllah olsun, sağlıqla qovuşasız inşAllah❤️ gün o gün olsun mən də görüm o həftələri🫶🏻
Ayya ArifeEl salam necesen. Adin tanis geldi diyesen danismisiq burda. Tikis var helede? Hekim ne deyir herekete icaze verir?
ArifeEl Aenor inşallah gözəl bacım, əgər mümükündüsə, baxanın varsa ancaq uzan. Bilirəm çox çətindi, amma Allah gücünü verir. Həm də balalarımız üçün biz də dözməliyik. İnşallah, Allahın izni ilə sağ salamat, vaxtında qucağına alasan ❤️
ArifeEl Ayya salam, məndə tikiş deyil, pessaridi. 36 həftə olduq, həkim deyir yenə də çox yorma özünü, bura qədər gəlmişik 1-2 həftəyə görə erkən doğulmasın
Ayya ArifeEl sag salamat qutarasan insAllah🙏🏻 mende 29 heftedi. Yataqdayam helede uje agirlasmisam cetinliy cekirem
ArifeEl Ayya mən öz istəyimlə kesr olacam, inşallah. Təbii doğuşu qaldıracaq psixoligayada hiss etmirəm özümü, həm də 3 aya yaxın yatıram, bədənimdə da güc, taqət yoxdu deyə düşünürəm